\
13 Oktyabr 2024 - Bazar günü

ABŞ-ın vitse-prezidenti Venesuelanın qiyamçı lideri ilə görüşəcək - “Ağ ev”dən rəsmi açıqlama

ABŞ-ın vitse-prezidenti Venesuelanın qiyamçı lideri ilə görüşəcək - “Ağ ev”dən rəsmi açıqlama
1395baxış

Dünən “Ağ ev” Venesuelanın qiyamçı lideri Xuan Quaido ilə ABŞ-ım vitse-prezidenti Mayk Pensin mütəmadi əlaqədə olduğu haqda xəbəri rəsmən təsdiqləyib. Mediapress.az Venesuelanın müxalif mətbuatına istinadən xəbər verir ki, ABŞ X.Quaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıdığını elan etməmişdən əvvəl vitse-prezident qiyamçıların lideri ilə telefonla danışıb və yaxın zamanda onların görüşü planlaşdırılır. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton dünənki brifinqdə jurnalistlərə məlumat verib. “Ağ ev” rəsmisi etiraf edib ki, ABŞ istənilən halda qiyamçıları dəstəkləyir və Venesuela prezidentinin dəyişməsində maraqlıdır.