\
13 Oktyabr 2024 - Bazar günü

Bazarda partlayış oldu, 6 nəfər öldü - Yəməndə

Bazarda partlayış oldu, 6 nəfər öldü - Yəməndə
1390baxış

Dünən axşam saatlarında Yəmənin cənub-qərbindəki Taiz vilayətinin Əl-Moha şəhərindəki bazarda güclü partlayış baş verib. Nəticədə 6 nəfər yerindəcə keçinib, onlarla dinc sakin yaralanıb. Mediapress.az şahidlərdən məlumat toplayan "Əl-Ərəbiyyə" televiziya kanalına istinadən xəbər verir ki, kustar üsulla əldə düzəldilmiş partlayıcı qurğu populyar bir kafenin yaxınlığında partlayıb.

Qırmızı dənizin sahillərində yerləşən Əl-Moha şəhəri 2017-ci ilin yanvarından qiyamçı husidlərin nəzarətindən çıxaraq prezident Əbd Rabbu Hadi qüvvələrinin nəzarətinə keçib. İndi orada Birləşmiş Ərəb Əmirliklərinin hərbi bazası fəaliyyət göstərir.