\
13 Oktyabr 2024 - Bazar günü

Dünya yezidlərinin lideri öldü - Almaniya xəstəxanasında

Dünya yezidlərinin lideri öldü - Almaniya xəstəxanasında
1514baxış

İraqın Kürdüstan muxtariyyətinin Doxuq vilayətində yerləşən ümumdünya yezidlərinin ruhani şurası bu icmanın vahid lideri şahzadə Tahsin Bəyin ölüm xəbərini təsdiq edib. Mediapress.az Əl-Ərəbiyyə televiziya kanalına istinadən xəbər verir ki, dünyada bütün yezidlərin qeyd-şərtsiz lideri kimi qəbul olunan mərhum şahzadə Almaniya klinikalarının birində dünyasını dəyişib. 

O, 1933-cü ilin 15 avqustunda Mosulun Şeykan rayonunun Baajeri kəndində anadan olub. Tahsin Səid Əli Bəy atası Səid Əli Bəyin ölümündən 15 gün sonra nənəsi Mian Xatun tərəfindən təyin edilib.

Xatırladaq ki, yezidlər dünyaya səpələnən azsaylı xalqlardan biridir. Ermənistanda və digər post-Sovet ölkələrində onların icmaları fəaliyyət göstərir.