\
13 Oktyabr 2024 - Bazar günü

Britaniyanın ən gənc qadın pedofili tutuldu - 7 il, 10 ay həbs cəzası

Britaniyanın ən gənc qadın pedofili tutuldu - 7 il, 10 ay həbs cəzası
1485baxış

Böyük Britaniyanın tarixində ən gənc qadın pedofil məhkəmənin qərarı ilə 7 il 10 ay müddətinə cəzaçəkmə müəssisəsinə göndərilib. Mediapress.az Mirror-a istinadən xəbər verir ki, uşaq bağçasında çalışan Sofi Elms adlı pedofil 2 və 3 yaşlarında olan iki uşağa qarşı 16 dəfə cinsi istismar faktı həyata keçirdiyini etiraf edib. Məhkəmədə o da bəlli olub ki, cinayətlər 2016-cı ilin dekabrından 2018-ci ilin mart ayına qədər həyata keçirilib və bağçadan kənar yerlərdə icra olunub.

Dünən məhkəmə zamanı hakim onunla olduqca emosional danışıb. “Onların həyatları qırılıb və bunu sən eləmişsən. Onlar heç zaman bu kabusdan qaça bilməyəcələr”, - deyə Femida təmsilçisi müttəhimi sərt şəkildə ittiham edib.