\
13 Oktyabr 2024 - Bazar günü

Bu səhər Tərtər, Sabirabad və Şəmkirdə yanğın qeydə alındı - FHN-nin yaydığı məlumat

Bu səhər Tərtər, Sabirabad və Şəmkirdə yanğın qeydə alındı - FHN-nin yaydığı məlumat
1750baxış

Bu səhər saatlarında Azərbaycanın müxtəlif bölgələrində 3 yanğın hadisəsi qeydə alınıb. Mediapress.az FHN-nin yaydığı məlumata əsasən xəbər verir ki, Tərtər, Sabirabad və Şəmkirdə yanğın hadisələri baş verib.

Belə ki, Tərtər rayonunun Ələsgərli kəndində ümumi sahəsi 56 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Sabirabad rayonunun Suqovuşan kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunda ümumi sahəsi 20 m² olan tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanmışdır. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.