\
13 Oktyabr 2024 - Bazar günü

“İranı Venesuelanın aqibəti gözləyə bilər” - Ə.Xameneyinin hərbi müşaviri

“İranı Venesuelanın aqibəti gözləyə bilər” - Ə.Xameneyinin hərbi müşaviri
1500baxış

“İranı Venesuelanın aqibəti gözləyə bilər”. Bu sözləri İİR (İran İslam Respublikasının)-nın dini lideri Əli Xameneyinin hərbi müşaviri general mayor Yəhya Rəhim Səfəvi bu gün jurnalistlərə açıqlamasında deyib. O, ölkəsinin ciddi təhlükələrlə üz-üzə qaldığını bildirərək, ABŞ-ın İran haqda məxfi planından danışıb.

Mediapress.az "IRNA"-ya yönəlik məlumat yayan Əl-Ərəbiyyə televiziya kanalına istinadən xəbər verir ki, general ölkəsinin müdafiə strategiyasından hücum strategiyasına keçməyə hazırlaşdığını bildirib. O, ABŞ-ın İranla bağlı məxfi təxribatlar planına malik olduğunu vurğulayaraq ölkəsini ilk növbədə Rusiya ilə sıx əməkdaşlıq etməyə çağırıb. Göründüyü kimi, iranlı general Rusiyanın Venesuela mövzusunda ABŞ-a zidd olaraq, qanuni prezident N.Maduronun yanında yer almasını təhlükəsizliyin yeganə qarantı kimi qiymətləndirir.  

Xatırladaq ki, ABŞ İİR-da ağırlaşan iqtisadi durum və narazı kütlələrin sayının artması fonunda İran rəhbərliyinə “qaynar yay” vəd edib.

Əli Xamaneyi ötən ay məsələyə aydınlıq gətirərkən ABŞ-ın İrandakı rejimi dəyişmək planına qarşı hazır olmağın vacibliyini vurğulayaraq deyib: “Amerika bu yay ölkəmizdə çevriliş etməyə hazırlaşdığını gizlətmir. Bizə “qaynar yay” vəd edir. Buna hər an hazır olmalıyıq”.