\
13 Oktyabr 2024 - Bazar günü

Puerto –Riko sahillərində sahibsiz gəmi aşkar edildi - İçərisində yarım tona yaxın kokoinlə birlikdə

Puerto –Riko sahillərində sahibsiz gəmi aşkar edildi - İçərisində yarım tona yaxın kokoinlə birlikdə
1379baxış

Puerto-Riko sahillərində içərisində 401 kq kokain olan, yükü 10 mln ABŞ dolları həcmində dəyərləndirilən sahibsiz gəmi aşkar edilib. Mediapress.az Ria.ru-ya istinadən xəbər verir ki, gəmini ABŞ-ın sərhəd-gömrük xidmətinin və Puerto-Riko çevik polis qüvvələrinin əməkdaşları birlikdə aşkar ediblər. İlkin müşahidələrə görə, cinayətkar qüvvələrə aid olduğu ehtimal olunan gəmi Puerto-Rikonun şimal sahillərinə tərəf istiqamət almışdı. Daha sonra sərhəd patrulları həmin gəmini Lois şəhərinin yaxınlığında sahibsiz vəziyyətdə aşkar ediblər. Məlumatda o da bildirilir ki, yüklərini boşaltmağa imkan tapmayan cinayətkar qrupun üzvləri ələ keçməmək üçün gəmini qoyub aradan çıxmaq məcburiyyətində qalıblar.