\
13 Oktyabr 2024 - Bazar günü

“Ağ ev” rəsmisi Azərbaycan haqda nikbin tvit yazdı - Con Boltonun Bakı görüşü

“Ağ ev” rəsmisi Azərbaycan haqda nikbin tvit yazdı - Con Boltonun Bakı görüşü
1606baxış

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli danışığından yazıb. Mediapress.az  “Ağ ev” rəsmisinin Twitter səhifəsindəki məlumata istinadən xəbər verir ki, C.Bolton görüşün detallarına toxunub. “Çərşənbə axşamı günü mən Azərbaycan prezidenti İlham Əliyevlə söhbət etdim. Biz ümumi maraq kəsb edən bir neçə məsələni müzakirə etdik. Enerji təhlükəsizliyi, qlobal təhlükəsizlik mövzusunda əməkdaşlıq, ABŞ-ın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dəstəyi haqda fikir mübadiləsi apardıq”, - deyə məlumat verən ABŞ təmsilçisi yazdığı nikbin tviti izləyicilərinə təqdim edib.