\
13 Oktyabr 2024 - Bazar günü

2 gündür partlayan borunu təmir edən yoxdur YENİLƏNDİ - "Azərsu"dan Masazırdakı "şəlalə" ilə bağlı AÇIQLAMA - FOTOLAR

2 gündür partlayan borunu təmir edən yoxdur YENİLƏNDİ - "Azərsu"dan Masazırdakı "şəlalə" ilə bağlı AÇIQLAMA - FOTOLAR
1837baxış

11:40

Abşeron rayonu, Masazır qəsəbəsində su borusu partlayıb. Hadisə “Duzlu göl”ün yanında – “Qurtuluş-2” yaşayış kompleksində yerləşən məktəbin yaxınlığında baş verib. İki gündür şəlalə tək axan su gediş-gəlişi zəlil gününə qoyub. Xoşbəxtlikdən məktəblərdə tətildir deyə, şagirdlər bu acınacaqlı durumdan əziyyət çəkmirlər. Buna baxmayaraq, onsuz da qış aylarında pis vəziyyətə düşən yollar daha da bərbad hala qalıb. Yerli sakinlər yaranmış durumdan son dərəcə əziyyət çəkirlər. “Dövlətimiz, ölkə rəhbəri İlham Əliyev “Azərsu”ya maddi yardım ayırır, camaat isə bu yardımdan yararlanmır!” – deyə iradlarını bildirirlər. Hətta yerli camaat hadisə ilə bağlı Abşeron rayon  Sukanal İdarəsinə məlumat verdiklərini də söyləyirlər. Lakin  hadisə ilə bağlı heç bir tədbir görülməyib.

P.S. Səhər saat 09:00-dan etibarən Abşeron rayon  Sukanal İdarəsi ilə əlaqə saxlamağa cəhd göstərdik. Amma idarədən dəstəyi götürən tapılmadı ki, tapılmadı. Əlbəttə, dövlət işinə belə məsuliyyətsiz yanaşanlardan kiminsə problemini həll edəcəyini gözləmək olmaz. ..

Bundan sonra  “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllını məsələdən agah etmək istədik. Amma bu cəhdimiz də uğursuz oldu. Belə ki, mətbuat xidmətindən məlumat verildi ki, Anar müəllim səhhəti ilə bağlı işə gəlməyib. Bununla belə, mətbuat şöbəsindən hadisə ilə bağlı araşdırma aparılacağına söz verdi.

12:50

"Azərsu" ASC-dən Mediapress.az - a verilən məlumata görə magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar 30 yanvar 2019-cu il tarixində Saray və  Ceyranbatan qəsəbələrinə, həmçinin Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

 

Hazırladı: Könül Aypara