\
13 Oktyabr 2024 - Bazar günü

Tanınmış aparıcıda xərçəng aşkar edildi

Tanınmış aparıcıda xərçəng aşkar edildi
1416baxış

Adətən xəstəlik bir sınaq sayılır.

Space Televiziyasının aparıcısı, tanınmış jurnalist Tahirə Məmmədqızında xərçəng aşkar edilib.

Bu barədə aparıcının özü məlumat yayıb.

Tahirə Məmmədqızı bədəninin müxtəlif nahiyyələrində şişin olduğunu deyib:

“10 günə onkoloji xəstəliklə əlaqədar ağır əməliyyata gedirəm. Allah bütün bəndələrinə kömək olsun. Adətən xəstəlik bir sınaq sayılır. Deyəsən bu sınaqdan bir dəfə də keçməli olacam".

Mediapress.az