\
13 Oktyabr 2024 - Bazar günü

Ukrayna vətəndaşı xalqımızdan və dövlətimizdən üzr istədi - Qanunları pozduğuna görə

Ukrayna vətəndaşı xalqımızdan və dövlətimizdən üzr istədi - Qanunları pozduğuna görə
1373baxış

Ukrayna vətəndaşı Konstantin Andriyuk Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. Mediapress.az xəbər verir ki, bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edirəm və  gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəm.

O eyni zamanda gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. K.Andriyukun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.