\
13 Oktyabr 2024 - Bazar günü

Prezident İlham Əliyev şəhid ailələri ilə bağlı fərman imzaladı - Rəsmi məlumat

Prezident İlham Əliyev şəhid ailələri ilə bağlı fərman imzaladı - Rəsmi məlumat
1387baxış

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb. Mediapress.az AzərTAC-a istinadən xəbər verir ki, fərman şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb. Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, bu məbləğ əvvəl 242 manat təşkil edib.