\
13 Oktyabr 2024 - Bazar günü

Bu günün əvvəlində hava mülayim, sonunda şiddətli küləkli olacaq - 31 yanvara hava proqnozu

Bu günün əvvəlində hava mülayim, sonunda şiddətli küləkli olacaq - 31 yanvara hava proqnozu
1463baxış

Yanvar ayının son gününə, yəni bu günə  gözlənilən hava şəraiti açıqlanıb.  Mediapress.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki,  yanvarın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Gecə başlayan mülayim cənub küləyi, günün sonunda, yəni axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq. 

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.