\
13 Oktyabr 2024 - Bazar günü

Şaxtalı və qarlı havaya görə 40 reys təxirə salındı və ya ləngidildi - Moskva aeroportlarında

Şaxtalı və qarlı havaya görə 40 reys təxirə salındı və ya ləngidildi - Moskva aeroportlarında
1465baxış

Bu gün sərt hava şəraitinə görə Moskvanın hava limanlarında 20 reys ləngidilib,  21-i ümumiyyətlə təxirə salınıb. Mediapress.az  “Яндекс.Расписание  (tərcüməsi: Yandeks Cədvəl)” servisinə yönəlik məlumat yayan Ria-ru-ya istinadən xəbər verir ki, 31 yanvar yerli vaxtla saat 01:06-ya olan məlumata görə, “Vnukovo” hava limanında 6 reys ləngidilib, 6-sı təxirə salınıb. “Domodedovo” hava limanında isə 2 reys ləngidilib, 15-i təxirə salınıb.  Şeremetyevo hava limanında hər hansı bir reysin təxirə salındığı bildirilməsə də, 12 reysin ləngidildiyi artıq bəllidir.

Qeyd edək ki, bugünkü şaxtalı hava şəraiti Moskvada sonuncu dəfə 47 il bundan əvvəl müşahidə olunub.