\
13 Oktyabr 2024 - Bazar günü

Türkiyədə ABŞ konsulluğunun əməkdaşı 4,5 il həbs cəzasına məhkum edildi - Terrora fəal dəstəyə görə

Türkiyədə ABŞ konsulluğunun əməkdaşı 4,5 il həbs cəzasına məhkum edildi - Terrora fəal dəstəyə görə
1452baxış

Türkiyə məhkəməsi ABŞ konsulluğunun əməkdaşını 4,5 il həbs cəzasına məhkum edib. Mediapress.az Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, tərcüməçi Həmzə Ulukay terrorçu dəstənin üzvü olduğuna və silahlı terroru dəstəklədiyinə görə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Lakin o, cəzasının yarısını həbsdə keçirdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Bununla belə, ona Türkiyənin ərazisini tərk etməyə qadağa qoyulub.

Xatırladaq ki, Həmzə Ulukay konsulluğun daha 2 əməkdaşı və NASA-nın sabiq tədqiqatçısı ilə birlikdə 2017-ci ildə həbs olunmuşdu. Hər biri terrora fəal dəstək verməkdə ittiham olunurdular.

Qeyd edək ki, rəsmi Vaşinqton bu işlə əlaqədar saxlanılan bütün məhbusların qeyri-şərtsiz azad edilməsini rəsmi Ankaradan tələb etməkdədir.