\
13 Oktyabr 2024 - Bazar günü

“Səhər saatlarında Yasamalda bağlı qapı arxasında yanğın baş verdi” - Eksklüziv xəbər

“Səhər saatlarında Yasamalda bağlı qapı arxasında yanğın baş verdi” - Eksklüziv xəbər
1541baxış

Bakıda səhər saatlarında növbəti yanğın hadisəsi baş verib. Mediapress.az şahidlərin məlumatına əsasən xəbər verir ki, bu gün səhər saat 05:00 radələrində Yasamal rayonu Xaqan Dadaşov küçəsi 242 ünvanında yerləşən birmərtəbəli 3 otaqlı 55 kvadrat metrlik mənzildə yanğın olub. Ev yiyələri yasda olduqlarından qonşular yanğından mühafizə xidmətinə zəng vurublar. Evdə olan uşaqlar təxliyə ediliblər.

Hadisə yerinə gələn yanğından mühafizə dəstələri yanğının ətraf evlərə sıçramasının qarşısını alaraq söndürüblər. Yanğının el arasında “Ceyran peçi” kimi adlandırılan sobadan yanğına həssas tavana sıçradığı bəlli olub. Əməliyyat uğurla başa çatıb. İnsan tələfatı yoxdur.