\
13 Oktyabr 2024 - Bazar günü

Gecədən günortaya qədər hava kəskin küləkli olacaq, sonra mülayimləşəcək - 1 fevralın hava proqnozu

Gecədən günortaya qədər hava kəskin küləkli olacaq, sonra mülayimləşəcək - 1 fevralın hava proqnozu
1545baxış

Azərbaycanda sabaha olan hava şəraiti açıqlanıb. Mediapress.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, fevralın 1-ci günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 8-11, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək. 

Məlumatda o da bildirilir ki,  Bakıda və Abşeron yarımadasında fevralın 2-də gündüz və 3-də şimal-qərb küləyinin 15-18m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir. Fevralın 2-3-də bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.