\
13 Oktyabr 2024 - Bazar günü

Kür çayı üçün çay hövzə planı: Birgə fəaliyyət İctimaiyyət və maraqlı tərəflərlə məsləhətlşmələrə start verildi

Kür çayı üçün çay hövzə planı: Birgə fəaliyyət  İctimaiyyət və maraqlı tərəflərlə məsləhətlşmələrə start verildi
1533baxış

Mediapress.az xəbər verir ki, 31 yanvar 2019-cu ildə "Şərq Tərəfdaşlığı üçün Avropa Ittifaqının Su Təşəbbüsü Plyus" (AİST +) layihəsi mütəxəssisləri və su sahəsindəki fəalları onların Kür çayı sularının gələcəyi ilə bağlı fikirlərini öyrənmək üçün toplayıb. Yığıncaq Azərbaycanın Gəncə şəhərində olan Delux Oteldə keçirilib.

AİST+ layihəsi Avropa standartlarına uyğun Kür çayının Mingəçevir su anbarının bəndindən yuxarıda yerləşən hövzəsində Çay hövzəsinin İdarə Edilməsi Planını hazırlamaq üçün Azəbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə iş aparır. Plan çay üçün ətraf mühit məqsədlərini və onlara nail olmaq üçün tədbirləri təsvir edəcəkdir. Avropa İttifaqının Su Çərçivəsi Direktivi tərəfindən müəyyən edildiyi kimi, çay hövzəsinin idarə etmə planının hazırlanmasının əsas mərhələlərində ictimaiyyətin məlumatlandırılması və cəlb edilməsi təmin edilməlidir. Çay hövzəsində (15315 km2) yaşayan əhalinin rifahı naminə 1,628 milyondan çox insan içməli su ilə təchiz olunmalı, hövzənin iqtisadiyyatında mühüm rol oynayan kənd təsərrüfatına və sənaye istehsalına, hidroenergetikaya (təmiz enerji) kifayət qədər su ayrılmalı və su mühitinin mühafizəsi standartları təmin olunmalıdır.

Bu ilk məsləhətləşmə forumu - hökumət orqanları, hövzə təşkilatları, sudan məişətdə və iş yerlərində əistifadə edənlər, elmi qurumlar, QHT-lər, jurnalistlər və mütəxəssislər və o cümlədən yerli ictimai və özəl sektorda çalışan və su sahəsi ilə bağlı olan fəallar da daxil olmaqla 40 nəfəri toplayaraq, suyun keyfiyyətinin təminatı sahəsində olan əsas problemlər, su resurslarının bölüşdürülməsi, içməli suyun təhlükəsizliyi, çirklənmənin azalması və insanların sağlamlığının təmin edilməsi barədə onların fikirini öyrənmək məqsədi daşıyır.

Bu bir günlük görüş iştirakçılara çay hövzəsi planının hazırlanması prosesində tərəqqini dərindən qiymətləndirmək, uyğunsuzluqları müəyyən etmək və qarşıdakı məsələlərdən danışmaq imkanı verib. Bu dialoq çox vacibdir, çünki nəticələr çay hövzəsi planının hazırlanmasının növbəti mərhələsində , hədəflərin dəqiqləşdirilməsində və onlara nail olmaq üçün lazım olan tədbir və fəaliyyətlərin müəyyənləşdirilməsində nəzərə alınıb.

Məsləhətləşmə üçün təqdim olunan texniki sənədlər nazirlik saytında dərc ediləcək və ümumi ictimaiyyətin şərhlərinə açıqdır. Vətəndaşlar öz fikirlərini elektron poçtla verə bilərlər.

Çay hövzəsinin idarə edilməsi planı layihəsi üzrə ikinci məsləhətləşmə mərhələsi 2020-ci ildə təşkil olunacaq.

Kontekst:

Dörd il müddətinə 2016-cı ilin sentyabr ayında başlanan AİST+ layihəsi Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində su sektoru üzrə ən böyük maliyyə dəstəyidir. Bu layihə altı tərəfdaş ölkəyə (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan , Moldova Respublikası və Ukraynaya) transsərhəd çayları da daxil olmaqla suyun idarə olunması sahəsində öz qanunvericiliklərini Avropa siyasəti ilə

uzlaşdırmaqda dəstək verir. Bu layihə həmçinin tərəfdaş ölkələrdə su sektoru islahatlarının uzunmüddətli istiqamətləndirilməsinə köməklik edir. Layihə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (BMTAİK) və Avstriya Ətraf Mühit Agentliyindən (Avstriya) və və Beynəlxalq Su Ofisi (BSO, Fransa) təşkilatlarından ibarət Avropa Konsorsiumu tərəfindən idarə olunub.

Könül Aypara