\
13 Oktyabr 2024 - Bazar günü

Gürcüstan məktəblərində buraxılış imtahanları ləğv olundu

Gürcüstan məktəblərində buraxılış imtahanları ləğv olundu
1440baxış

“Gürcüstanda bu il 12-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilməyəcək”. Mediapress.az Gürcüstanın “Sputnik” xəbər saytına istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə bildirib. O deyib ki, təhsil sistemində islahatların həyata keçirilməsi hökumətin əsas prioritetlərindən biridir: “Təhsil, Elm, Mədəniyyət və İdman Nazirlyi 2019-cu ildə attestat imtahanlarının yalnız 11-ci sinif şagirdləri üçün ləğv olunması barədə qərar qəbul edib. Bu, prinsipial olaraq düzgün yanaşmadır və məsələ ilə bağlı məsləhətləşmələr aparıldı. Nəticədə buraxılış imtahanlarının həm 11, həm də 12-ci sinif şagirdləri üçün ləğv olunması haqqında qərar qəbul edildi”.

Qeyd edək ki, bu yaxınlarda təqdim olunmuş təhsil sisteminin yeni modelinə əsasən, 2019-cu ildə ictimai məktəblərdə buraxılış imtahanlarının ləğvi yalnız 11-ci sinif şagirdlərinə şamil olunacaqdı. 12-ci sinif şagirdlərinin bu imtahanlardan azad edilməməsi cəmiyyətdə ciddi narazılığa səbəb olmuşdu.