\
13 Oktyabr 2024 - Bazar günü

Əli Həsənovun səhhətində problem yarandı: xəstəxanaya getdi

Əli Həsənovun səhhətində problem yarandı: xəstəxanaya getdi
1401baxış
Baş nazirin müavini Əli Həsənovun səhhətində problem yaranıb. 
 
Mediapress.az xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, Ə.Həsənov müayinə olunmaq üçün bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzinə gedib.
 
Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrahı, Şöbə müdiri Əhməd Memiş Ə.Həsənovu müayinə edib. Müayinədən sonra nazir müavinin böyrəklərində, ödündə və digər orqanlarında problemlərin olduğu aşkarlanıb.
 
Ə.Həsənov səhhətində yaranan narahatlığa görə, bir müddət müalicə alacaq.