\
13 Oktyabr 2024 - Bazar günü

Yol qəzası baş verdi, rayonun bir hissəsi qazsız qaldı (FOTO)

Yol qəzası baş verdi, rayonun bir hissəsi qazsız qaldı (FOTO)
1382baxış
Ağsuda baş verən yol qəzası səbəbindən rayonun bir hissəsində qazın verilişi dayanıb. 
 
Mediapress.az"qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ağsunun mərkəzi küçələrindən birində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetməni itirib, nəticədə yoldan çıxaraq divara çırpılıb. Qəza səbəbindən qaz xətti qırılıb. 
 
Hazırda "Azəriqaz” İB əməkdaşları qaz borusunu təmir etmək üçün hadisə yerində işləyirlər. 
 
a