\
13 Oktyabr 2024 - Bazar günü

Qubada ekskavatorun aşması nəticəsində suya düşən şəxsin axtarışları davam etdirilir

Qubada ekskavatorun aşması nəticəsində suya düşən şəxsin axtarışları davam etdirilir
1416baxış

Qubada fevralın 7-də ekskavatorun aşması nəticəsində suya düşən Qasımov Vüqar Eyvaz oğlunun axtarışları davam etdirilir.

Bu barədə "Medipress.az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Axtarışlar FHN-nin Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub. 

Qazıntı işləri nəticəsində yaranan su hövzəsində (dərinliyi 12-15 metr) suyun səviyyəsinin azaldılması məqsədilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən suçəkmə işləri həyata keçirilir. 

Qeyd edək ki, Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçay çayının sahilində aparılan qazıntı işləri (qum-çınqıl karxanası) zamanı ekskavatorun aşması nəticəsində 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlu suya düşüb. a