\
13 Oktyabr 2024 - Bazar günü

Qanunsuz saxlanılan silahlar götürüldü

Qanunsuz saxlanılan silahlar götürüldü
1726baxış

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a  verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Göytəpə kənd sakini Ədalət Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb.

Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən isə rayonun Nic qəsəbə sakini Jora Muradaridən də qanunsuz saxladığı “TOZ” markalı, təklülə tüfəng aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Mediapress.az