\
13 Oktyabr 2024 - Bazar günü

Danimarka polisi kenquru barəsində axtarış elan edib

Danimarka polisi kenquru barəsində axtarış elan edib
1425baxış

Danimarkanın Cənub Yutland regionunun polisi fərdi evdən qaçmış kenqurunu axtarır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər.

"Biz Oster Linderdə fərdi evdən qaçmış kenqurunu axtarırıq", - deyə "Twitter"də yayılmış xəbərdə bildirilir. Polis qaçmış heyvanı görənlərdən onlara bu barədə xəbər verməyi xahiş edib.

Danimarka polisinin nümayəndəsi bildirib ki, heyvan şənbə günü axşam saatlarından azadlıqdadır.

Daha əvvəl Avstraliyada kenquru velosipedçi qadını vurub. 

Mediapress.az