\
13 Oktyabr 2024 - Bazar günü

Azərbaycanın iki şahmatçısı FIDE-nin Qran-Pri turnirlərində iştirak edəcək

Azərbaycanın iki şahmatçısı FIDE-nin Qran-Pri turnirlərində iştirak edəcək
1614baxış

FIDE Qran-Pri turnirlərində iştirak edəcək şahmatçıları açıqlayıb.

Mediapress/.az  qurumun rəsmi saytına istinadən xəbər verir ki, Qran-Pridə Azərbaycanı iki qrossmeyster təmsil edəcək. 4 ölkədə təşkil olunacaq yarışda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizə aparacaq.

İlk Qran-Pri mayın 16-30-da Rusiyanın paytaxtı Moskvada, növbəti turnir iyulun 11-25-də Latviyanın paytaxtı Riqada keçiriləcək. Almaniyanın Hamburq şəhəri noyabrın 4-18-də yarışa ev sahibliyi edəcək. Sonuncusu isə dekabrın 10-24-də İsrailin paytaxtı Tel-Əvivdə olacaq. 

Rəcəbov Riqadakı, Məmmədyarov isə Hamburqdakı turnirə qatılmayacaq.

Qeyd edək ki, FIDE Qran-Priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Turnirin hər bir mərhələsində 16 şahmatçı, o cümlədən tədbirin təşkilatçıları tərəfindən irəli sürülən bir nəfər iştirak edəcək. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edəcək. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-Pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək