\
13 Oktyabr 2024 - Bazar günü

Rusiya şirkətinin erməni əsilli keçmiş rəsmisinə qarşı yeni ittiham irəli sürülüb

Rusiya şirkətinin erməni əsilli keçmiş rəsmisinə qarşı yeni ittiham irəli sürülüb
1445baxış

 Rusiya Dövlət Sığorta Şirkətinin (“Rosqosstrax”) erməni əsilli keçmiş vitse-prezidenti Sergey Xaçaturovun 6 milyard rubl (90 milyon 705 min 883 dollar) məbləğində ziyan vurduğunu istintaq müəyyən edib.

Mediapress.az-ın TASS-a istinadən xəbər verir ki, bunu onun vəkili AlekseyMelnikov bildirib.

Qeyd edək ki, S.Xaçaturov ötən il 1 milyard rubl (16 milyon 470 min 588 dollar) məbləğində vəsaiti mənimsəməkdə ittiham olunurdu.

O, Rusiya Dövlət Sığorta Şirkətinin başçısı Danil Xaçaturovun kiçik qardaşıdır. D.Xaçaturov 2002-2017-ci illərdə şirkətin rəhbəri olub və 2017-ci ildə “Rosqosstrax”ı “Otkrıtiye” bankının nəzarətinə verib.