\
13 Oktyabr 2024 - Bazar günü

ABŞ-ın Sahil Mühafizəsinin zabiti terror aktı hazırlığında şübhəli bilinərək həbs olunub

ABŞ-ın Sahil Mühafizəsinin zabiti terror aktı hazırlığında şübhəli bilinərək həbs olunub
1430baxış

ABŞ-ın Sahil Mühafizəsinin zabiti, leytenant Kristofer Pol Heffen terror aktına hazırlıqda şübhəli bilinərək həbs edilib. 

"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edilir ki, Heffenin yaşadığı evdə axtarış aparılıb. Zabitin mənzilindən 15 ədəd odlu silah və bir neçə min patron aşkarlanıb.

Nəşrin məlumatına görə, onun planlaşdırdığı terror aktının hədəfi kimi jurnalistlər və siyasətçilər seçilib.

Daha əvvəl ABŞ ordusunun hərbi qulluqçusu Əfqanıstanda həlak olub.