\
13 Oktyabr 2024 - Bazar günü

Buenos-Ayres limanında iki kruiz gəmisi toqquşub - VİDEO

Buenos-Ayres limanında iki kruiz gəmisi toqquşub - VİDEO
1433baxış

Buenos-Ayres limanında "Orkestr" və "Poeziya" adlı iki kruiz gəmisi toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Clarin" nəşri yazıb.

Hər iki layner Panamada qeydiyyatdan keçib və MSC şirkətinə məxsusdur.

Argentina dəniz prefekturasına əsasən, Rio-De-Janeyroya getməyə hazırlaşan "Orkestr" (Orchestra) gəmisi limandan çıxmaq üçün manevr edib və yedəkdə duran "Poeziya"ya (Poesía) dəyib.

Gəmilərin gövdə hissələri cüzi əzilib, hadisə liman və onun infrastrukturunun işinə təsir etməyib.

Mediapress.az