\
13 Oktyabr 2024 - Bazar günü

DGK: 12 dövlətin gömrük orqanlarının kinoloji xidmətlərinə xidməti axtarış itləri verilib

DGK: 12 dövlətin gömrük orqanlarının kinoloji xidmətlərinə xidməti axtarış itləri verilib
1442baxış

"Hazırda Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzində 60 baş xidməti axtarış iti mövcuddur".

Mediapress.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzin rəisi İlkin Osmanov bildirib.

O qeyd edib ki, Gömrük Komitəsinin Kinoloji Mərkəzi tərəfindən 12 dövlətə xidməti axtarış itləri göndərilib: "Onların təlimçiləri mərkəzimizin bazasında təlim keçiblər. Bir xidməti itin Avropada satışı 10-15 min avro arasındadır. Saxlanma xərci isə, əgər orta alman çoban itindən söhbət gedirsə, bu, qida rasionundan asılıdır. Amma bir xidməti itin birillik saxlanma xərci 1000-2000 manat arasındadır".