\
13 Oktyabr 2024 - Bazar günü

Azərbaycanda maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırılıb

Azərbaycanda maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırılıb
1405baxış

 Azərbaycan Prezidenti İlham Əliyev“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

sənədə əsasən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.2-ci maddəsinə “vergi yoxlamalarına” sözlərindən sonra “və maliyyə bazarları sahəsində aparılan yoxlamalara” sözləri əlavə edilib.

Bu dəyişiklik maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur. 

Mediapress.az