\
13 Oktyabr 2024 - Bazar günü

Azərbaycan Hərbi Hava Qüvvələri bölmələrinin döyüş atışlı təlimləri keçirilib

Azərbaycan Hərbi Hava Qüvvələri bölmələrinin döyüş atışlı təlimləri keçirilib
1523baxış

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Mediapress.az verilən məlumata görə, təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilən tapşırığa əsasən, qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri məşq etdirilib.

Təlimlərdə HHM bölmələri döyüş atışları icra ediblər.