\
13 Oktyabr 2024 - Bazar günü

"İnter" kapitanlıqdan məhrum etdiyi futbolçusuna yeni müqavilə təklif edib

"İnter" kapitanlıqdan məhrum etdiyi futbolçusuna yeni müqavilə təklif edib
1376baxış

İtaliyanın "İnter" klubu ulduz futbolçusu Mauro İkardiyə yeni müqavilə təklif edib.

Mediapress.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi 26 yaşlı hücumçunun ilinə 6.5 milyon avro qazanmaqla dördillik sözləşməyə qol çəkməsini istəyib. Argentinalı forvard isə 7.5milyon avro məvacib və yüksək bonuslarla razılıq əldə etməyə ümid edir.

İtaliya təmsilçisinin İkardi ilə yeni müqaviləyə dair danışıqlarının davam etdiyi vurğulanıb.

Qeyd edək ki, daha öncə Mauro İkardi "İnter"də kapitanlıq sarğısından məhrum edilib və bir neçə oyunda iştirak etməyib. Oyunçunun klubla hazırkı müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub və illik 4.5 milyon avro qazanır.