\
13 Oktyabr 2024 - Bazar günü

Masallıda zəncirvari yol qəzası olub, ölən və yaralananlar var

Masallıda zəncirvari yol qəzası olub, ölən və yaralananlar var
1750baxış

 Masallı rayonunda zəncirvari yol qəzası baş verib.

"Meediapress.az"n Cənub bürosunun məlumata görə, hadisə Ələt -Astara magistralının Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Cəlilabad rayon sakini, 1973-cü il təvəllüdlü Məlik Bəylər oğlu Məlikovun idarə etdiyi avtomobil Biləsuvar rayon sakini, 1954-cü il təvəllüdlü Rafik Süleyman oğlu İsmayılovun idarə etdiyi və Biləsuvar-Astara marşrutu üzrə hərəkət edən mikroavtobusla və Cəlilabad rayon sakini, 1949-cu il təvəllüdlü Adışirin Aslan oğlu Ağayevin idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə sonuncusu hadisə yerində ölüb. 

Digər sürücülər və mikroavtobusda olan Masallı rayon sakini, 1961-ci il təvəllüdlü Mətanət Hüseynbala qızı Əliyeva, Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü Ruslan Əlifağa oğlu Nuruşov və Biləsuvar rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Fizuli oğlu Həsənzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.