\
13 Oktyabr 2024 - Bazar günü

Pakistanla Hindistan arasında gərginlik: hərbi təyyarələr vuruldu - VİDEO - VİDEO

Pakistanla Hindistan arasında gərginlik: hərbi təyyarələr vuruldu - VİDEO - VİDEO
1500baxış

Pakistan silahlı qüvvələri Kəşmir üzərində uçan Hindistan Hava Qüvvələrinə aid təyyarəni vurub.

Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, vurulmuş təyyarə Pakistanın hava məkanını pozub. Vurulmuş təyyarənin bir pilotunun əsir götürüldüyü bildirilir.

 

Bundan əvvəl, fevralın 26-da Hindistana aid təyyarənin Pakistanla sərhəddə düşdüyü xəbəri yayılmışdı. Qəzanın səbəbi açıqlanmasa da, hadisə nəticəsində iki pilotun və bir dinc sakinin həlak olduğu bildirilirdi.

Xatırladaq ki, fevralın 25-də Hindistanın çoxtəyinatlı “Miraj 2000” (Dassault Mirage 2000)  qırıcısı Pakistanla sərhəddə yerləşən Kəşmir ştatında “Caişi-Məhəmməd” (başqa adı Həddam-ül-İslam) qruplaşmasına aid mövqelərə zərbələr endirib.

Həmin vaxt Pakistan lideri Arif Əlvi Hindistanın bilərəkdən sərhəddə gərginlik yaratdığını və Dehlinin bu hərəkətlərinin müharibəyə səbəb ola biləcəyini vurğulamışdı.

//baku.tv/az/watch/7002/