\
13 Oktyabr 2024 - Bazar günü

Bakıda qadın evində gizlədilən silah-sursatı polisə təhvil verib

Bakıda qadın evində gizlədilən silah-sursatı polisə təhvil verib
1437baxış

 Polis əməkdaşları Bakıda qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat və profilaktiki tədbirlər həyata keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini olan qadın evinin çardağında idman çantasının içində mərhum qardaşına məxsus silah-sursat aşkar etdiyini və onları könüllü olaraq polisə təhvil vermək istədiyini bildirib.

Həmin ünvana gələn polis əməkdaşları oradan 2 ədəd “F-1” qumbarasını, 2 ədəd alışdırıcını, 64 ədəd avtomat patronunu, 2 ədəd patron darağını, 2 ədəd siqnal fişəngini və 1 ədəd silah təmizləmə ləvazimatını aşkar edərək götürüb və aidiyyatı üzrə təhvil veriblər.