\
13 Oktyabr 2024 - Bazar günü

İcra başçısı ürək tutmasından ölməyib: Ekspertiza təyin edildi

İcra başçısı ürək tutmasından ölməyib: Ekspertiza təyin edildi
1371baxış
Naftalan rayon İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovunölüm səbəbinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib.
 
Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, R.İbrahimovun fevralın 24-də yaşadığı mənzildə vəfat etməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Müvafiq ekspertiza təyin olunub.
 
Ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. 
 
"Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, icra başçısı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.
 
Qeyd edək ki, ilkin məlumatda icra başçısının ürəktutmadan vəfat etdiyi qeyd olunurdu.