\
13 Oktyabr 2024 - Bazar günü

BDU “Yubiley loqosu” müsabiqəsi elan edir

BDU “Yubiley loqosu” müsabiqəsi elan edir
1441baxış

 

Mediapress.az xəbər verir ki, Bakı Dövlət Universiteti “Yubiley loqosu” müsabiqəsi elan edir. Bu barədə məlumatı BDU-nun mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova məlumat verib. 

2019-cu ildə Şərqin ilk dünyəvi ali məktəbi olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illik yubileyi tamam olur. 
Bu münasibətlə BDU “Yubiley loqosu”nun tərtibatı üzrə müsabiqə elan edir. Loqo müasir və beynəlxalq standartlara cavab verməli, dizaynda 100 illik fəaliyyət əks edilməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən və digər loqoların elementlərini təkrarlamayan orijinal nümunələr təqdim olunmalıdır. 
Loqonun eskizi [email protected] elektron ünvanına “Yubiley loqosu” yazılmaqla göndərilməlidir. 
Qaliblər, həmçinin müsabiqədə fərqlənən digər müəlliflər də mükafatlandırılacaq, universitetin 100 illik yubiley tədbirlərinə dəvət ediləcək və ən yaxşı loqolar yubiley ərəfəsində təşkil ediləcək tədbirlərdə nümayiş etdiriləcəkdir.