\
13 Oktyabr 2024 - Bazar günü

Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova: milli parklarda “açıq qapı” günü keçiriləcək

Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova: milli parklarda “açıq qapı” günü keçiriləcək
1504baxış

“3 mart vəhşi təbiətin mühafizəsi günü” ilə əlaqədar Azərbaycanın milli parklarında martın 3-də “açıq qapı” günü keçiriləcək. Həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək.

Musavat.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

“Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir. 

“Açıq qapı” günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi milli parklara dəvət edir.

Xatırladaq ki, Azərbaycanda 10 milli park var;
1. Abşeron Milli Parkı
2. Altıağac Milli Parkı
3. Şahdağ Milli Parkı
4. Samur-Yalama Milli Parkı
5. Şirvan Milli Parkı
6. Hirkan Milli Parkı
7. Ağgöl Milli Parkı
8. Göygöl Milli Parkı
9. Qızılağac Milli Parkı
10. Zəngəzur Milli Parkı.

Mediapress.az