\
13 Oktyabr 2024 - Bazar günü

Ukraynanın birinci xanımı Azərbaycan diasporuna fəaliyyətinə görə təşəkkür edib

Ukraynanın birinci xanımı Azərbaycan diasporuna fəaliyyətinə görə təşəkkür edib
1412baxış

Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev ölkənin birinci xanımı Marina Poroşenko və ABŞ-ın Ukraynadakı xüsusi nümayəndəsi Kurt Volker ilə görüşüb.

BUAK-dan verilən məlumata görə, görüş Ukraynanın paytaxtı Kiyevdə şəhərində keçirilmiş "Krım Forumu" çərçivəsində baş tutub.   

Görüşdə Rövşən Tağıyev rəhbərlik etdiyi təşkilatın və azərbaycanlıların Ukraynanın ərazi bütövlüyünü daim dəstəklədiklərini söyləyib. 

Marina Poroşenko da, öz növbəsində, Rövşən Tağıyevə fəaliyyətlərinə görə təşəkkürünü bildirib, onları daim izləyərək təqdir etdiyini deyib.

Forum çərçivəsində həmçinin Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Georgi Loqvinskiy, Krım tatarlarının lideri, deputat Mustafa Cəmil Krımoğlu, Baş nazirin müavini Vyaçislav Kirilenko, deputat Refat Çubarov, informasiya siyasəti nazirinin müavini Emine Çapar, xarici diplomatlar və digərləri ilə görüşlər keçirilib.