\
13 Oktyabr 2024 - Bazar günü

Molla Cümə küçəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq

Molla Cümə küçəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq
1335baxış

Bu gün Bakının Nərimanov rayonunun Molla Cümə küçəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. 

Bu barədə KİV-ə “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, buna səbəb küçənin su təchizatı sistemində yenidənqurma işlərinin aparılmasıdır. 

“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir”, - məlumatda qeyd edilib.

Mediapress.az