\
13 Oktyabr 2024 - Bazar günü

Şir onu evində saxlayan sahibini parçalayıb

Şir onu evində saxlayan sahibini parçalayıb
1374baxış

Çexiyanın şərqində şir onu evində saxlayan sahibini parçalayıb.

Mixail Prasekin cəsədini atası aşkarlayıb. Onun cəsədi şirin qəfəsində tapılıb. Hadisə yerinə gələn polis əməkdaşları yırtıcıları güllələyiblər.

Qeyd edilir ki, 33 yaşlı Prasek qəfəsin heyvanları üçün şəxsən tikib. Mixal Prasek 9 illik aslanı və daha bir dişi şiri evində böyüdüb. Yerli sakinlər buna görə onu bir neçə dəfə qınayıblar.

Hakimiyyət orqanları bir müddət əvvəl onu vəhşi heyvanları qanunsuz saxladığına görə cərimə ediblər. (report)

Mediapress.az