\
13 Oktyabr 2024 - Bazar günü

KİV: "Barselona" Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır

KİV: "Barselona" Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır
1335baxış

İspaniyanın "Barselona" klubu ulduz futbolçusu Lionel Messiyə yeni bir müqavilə təklif etməyi planlaşdırır.

Mediapress.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı hücumçunun sözləşməsini 2023-cü ilə qədər uzatmaq niyyətindədir.

Qeyd edək ki, Lionel Messinin klubla hazırkı müqaviləsi 2021-ci ilin iyul ayında başa çatır. Argentina millisinin də şərəfini qoruyan oyunçu 2004-cü ildən bəri "Barselona"da çıxış edir. O, cari mövsüm İspaniya La Liqasında 24 oyunda iştirak edib və 25 qol vurub.