\
13 Oktyabr 2024 - Bazar günü

Braziliyada güclü yağışlar 12 nəfərin həyatına son qoyub

Braziliyada güclü yağışlar 12 nəfərin həyatına son qoyub
1390baxış

Braziliyanın San-Paulu ştatına və onun ətraf rayonlarına yağan güclü yağışlar nəticəsində azı 12 nəfər həyatını itirib.

Bu barədə regionun xilasetmə xidmətinə istinadən UOL informasiya portalı məlumat yayıb.

Meteoroloqlar güman edirlər ki, yağışlar hələ azı 48 saat davam edəcək.

Ştat qubernatoru Joau Doria sakinləri zərurət olmadan evlərini tərk etməməyə çağırıb.

Bildirilir ki, torpaq sürüşməsi zamanı binaların uçulması nəticəsində azı 5 nəfər ölüb. Daha 3 nəfər yağış suları axınlarında batıb. Ölənlər arasında bir yaşlı körpə də var.

Mediapress.az