\
13 Oktyabr 2024 - Bazar günü

Sərxoş azərbaycanlı Orenburq-Moskva aviareysindən endirilib - FOTO

Sərxoş azərbaycanlı Orenburq-Moskva aviareysindən endirilib - FOTO
1393baxış

Martın 11-də "Orenburq" hava limanında Moskvaya uçan reysdə insident yaşanıb.

Bu barədə Dövlət Dumasının Orenburq vilayətindən olan deputatı Yuri Mişeryakov öz "İnstagram" səhifəsində yazıb.

Vilayət mərkəzinin sabiq merinin sözlərinə görə, sərxoş Azərbaycan vətəndaşı təyyarə uçmağa hazırlaşarkən göyərtədə dava salıb.

"Polis və sərnişinlərin operativliyi sayəsində davakar şəxs təyyarədən endirilib. Uçuş təhlükəsiz şəraitdə davam edir", - deyə deputat bildirib.

İzləyicilərin dava salan şəxsin mənsub olduğu ölkənin adının niyə qeyd olunmasına dair sualları cavabsız qalıb. (report)

Mediapress.az