\
13 Oktyabr 2024 - Bazar günü

Mərakeşdə silahlı şəxs 11 nəfəri yaralayıb

Mərakeşdə silahlı şəxs 11 nəfəri yaralayıb
1364baxış

Mərakeşin Quelmim şəhərində naməlum şəxs insanlara atəş açaraq azı 11 nəfəri yaralayıb.

Bunu Krallığın təhlükəsizlik orqanlarındakı mənbə deyib.

"Silahlı şəxs Mərakeşin cənubunda yerləşən Quelmim şəhərində insanlara atəş açıb. 11-dən çox insan yaralanıb, bəzilərinin vəziyyəti kritikdir, onların arasında polis kapitanı da var", - deyə mənbə bildirib. (RİA Novosti)

Mediapress.az