\
13 Oktyabr 2024 - Bazar günü

Ağsuda yük maşını su kanalına aşıb, sürücüsü ölüb - FOTO

Ağsuda yük maşını su kanalına aşıb, sürücüsü ölüb - FOTO
1444baxış

Ağsu rayonunda yol qəzası baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Ərəbmehdibəy kəndində qeydə alınıb.

Belə ki, “Shacman” markalı yük maşını Şirvan kanalı üzərindəki körpüdən keçərkən idarəetmədən çıxaraq kanala aşıb.

Nəticədə sürücü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Mamedov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.