\
13 Oktyabr 2024 - Bazar günü

Sabahkı tarixli yumurta ilə bağlı "Oba"dan AÇIQLAMA - Elvin Babayev: "Bu məsələni hal hazırda araşdırırıq"

Sabahkı tarixli yumurta ilə bağlı "Oba"dan AÇIQLAMA - Elvin Babayev: "Bu məsələni hal hazırda araşdırırıq"
1491baxış

Mediapress.az xəbər verir ki, bir neçə saat öncə İsmayıl Tağıyev adlı Facebook isifadəçisi “Oba” merketlər şəbəkəsindən üstünə 15.03.19 tarixi yazılmış yumurta fotosunu paylaşıb:

İzləyicilər sabahkı tarixli yumurtanın bu gün satışa çıxarıldığına görə "Oba"nı tənqid atəşinə tutublar. 

Məsələ ilə bağlı “Oba” marketlər şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Elvin Babayevlə əlaqə saxladıq. Və sosial mediada ajiotaja səbəb olan, şəbəkənin nüfuzunu aşağı salan vəziyyətlə bağlı münasibət bildirməyi xahiş etdik:

“OBA”marketlər şəbəkəsi olaraq biz bu məsələni hal hazırda araşdırırıq. Mağazalara baxış keçirilir. Lakin hələ ki, belə hal aşkarlanmayıb. Muğam quşçuluğun istehsalı olan bu yumurtalar təkcə OBA marketlərdə satılmır. Biz istehsalçıya məlumat vermişik. Məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcəkdir."

Hazırladı: Könül Aypara