\
13 Oktyabr 2024 - Bazar günü

Yeni Zelandiyada iki məsciddə atışma olub, 27 nəfər ölüb

Yeni Zelandiyada iki məsciddə atışma olub, 27 nəfər ölüb
1371baxış

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 27 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən "Stuff" portalı məlumat yayıb.

Bildirilir ki, yerli xəstəxanalar 40-50 yaralının gətiriləcəyini gözləyirlər.

"New Zealand Herald" nəşrinin məlumatına görə, atışmada təqribən iki nəfər iştirak edib. Yerli xəstəxana qarşısında da atışma səslərinin eşidildiyi bildirilir.