\
12 Oktyabr 2024 - Şənbə

Azərbaycandan Ermənistana keçən ruhi xəstədir - Rəsmi

Azərbaycandan Ermənistana keçən ruhi xəstədir - Rəsmi
1361baxış
Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.
 
Mediapress.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub.
 
Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.
 
Hazırda araşdırma işləri davam edir.