\
12 Oktyabr 2024 - Şənbə

Bakıda güclü külək nə qədər davam edəcək?

Bakıda güclü külək nə qədər davam edəcək?
1383baxış

Bu gün Bakıda güclü külək müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında külək martın 20-də axşam kəsiləcək.

Məlumata görə, martın 17-si axşamdan 19-u gündüzədək şimal-qərb küləyinin sürətinin 15-18 m/s, arabir 20-25 m/s olacağı, martın 18-də yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, martın 20-də axşam kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında isə martın 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. (qaynarinfo)

Mediapress.az